"Sabah"dan daha bir transfer

Son olaraq I Divizionda "Xəzər"də çıxış edən Tərlan Əhmədlinin yeni klubu bəlli olub.

Newsport.az-ın məlumatına görə, 23 yaşlı qapıçı karyerasını Premyer Liqada davam etdirəcək. Əhmədli debütant "Sabah"la 1 illik müqavilə imzalayıb.

Qeyd edək ki, Əhmədli Premyer Liqada "Sumqayıt"ın heyətində də çıxış edib.

"Sabah" daha öncə Tərzin Cahangirov, Kərim Diniyev, Məqsəd İsayev, Novruz Məmmədov, Vadim Abdullayev, Tural Qürbətov, Bəxtiyar Soltanov və Albaniyanın "Teuta" klubundan qanalı forvard Amadu Latifi ilə Buxasret "Dinamo"sundan ayrılan xorvatiyalı yarımmüdafiəçi Antun Paniçi sıralarına qatıb.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right