Bombardir "Sabah"la anlaşdı

Son olaraq I Divizionda "Xəzər"də çıxış edən Tural Qürbətovun yeni klubu bəlli olub.

Newsport.az-ın məlumatına görə, 25 yaşlı hücumçu karyerasını Premyer Liqada davam etdirəcək. Qürbətov debütant "Sabah"la 2 illik müqavilə imzalayıb.

Qeyd edək ki, Tural "Bakı"nın yetirməsidir. O, ötən mövsüm "Xəzər"ə qış fasiləsində Türkiyənin "Atakum Bələdiyyəspor" klubundan keçmişdi və 11 qolla komandanın məhsuldar oyunçusu olmuşdu. 

"Sabah" daha öncə Tərzin Cahangirov, Kərim Diniyev, Məqsəd İsayev, Novruz Məmmədov, Vadim Abdullayev, Bəxtiyar Solatov və Albaniyanın "Teuta" klubundan qanalı forvard Amadu Latifi ilə Buxasret "Dinamo"sundan ayrılan xorvatiyalı yarımmüdafiəçi Antun Paniçi sıralarına qatıb.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right