"Sabah"da 9 imza RƏSMİ

Premyer Liqasında debüt edəcək "Sabah” klubu daha 9 futbolçu ilə müqavilə bağlayıb.
 
Newsport.az-ın məlumatına görə, bu barədə "Report”a komandanın baş məşqçisi Elşad Əhmədov bildirib. 
 
O, deyib ki, ötən mövsüm I Divizionun qalibi olan "Xəzər”in heyətində rəhbərliyi altında çıxış etmiş qapıçı – Tərlan Əhmədli, müdafiəçi – Novruz Məmmədov, Ülvi İbazadə və Eltun Turabov, yarımmüdafiəçi Vadim Abdullayev, hücumçu Tural Qürbətov və Bəxtiyar Soltanovla münasibətləri rəsmiləşdiriblər.
 
Həmçinin "Keşlə”dən ayrılan müdafiəçi Məqsəd İsayev və "Səbail”i tərk edən yarımmüdafiəçi Kərim Diniyevlə də sözləşmə imzalanıb.
 
Başa çatan mövsümdə "Sabah”da çıxış edən futbolçulardan yalnız üçü – müdafiəçilər Elşad Manaflı ilə Elgün Uluxanov və hücumçu Raul Yaqubzadə komandada qala bilər. Onlarla bağlı yaxın günlərdə qərar veriləcək.
 
Qanalı hücumçu Latif Amadu və xorvatiyalı yarımmüdafiəçi Antun Paliçlə danışıqlar davam edir.
 
Qeyd edək ki, "Sabah” daha öncə "Kəpəz”dən ayrılan müdafiəçi Tərzin Canagirovla müqavilə bağlayıb.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right