İsrail klubunda çıxış edən azərbaycanlı "Sumqayıt"la anlaşdı

Növbəti mövsüm üçün transfer çalışmalarını davam etdirən "Sumqayıt" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Newsport.az-ın məlumatına görə, "gənclik şəhəri" təmsilçisi İsrailin "Hapoel Ra`anana" klubunda çıxış edən Azərbaycan əsilli Əli Babayevlə anlaşma əldə edib.  

27 yaşlı hücumçu ilə yaxın günlərdə 1 illik müqavilə imzalanacaq. Babayev Şəhriyar Əliyev, Əfran İsmayılov və Elvin Məmmədovdan sonra "Sumqayıt"ın 4-cü transferi olacaq. 

Qeyd edək ki, Əli Babayev 2010-cu ildən "Hapoel Ra`anana"da çıxış edir. Forvard 2010-12-ci illərdə icarə əsasında "Hapoel Marmarok"da çıxış edib.  

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right