"Qəbələ" "Skenderbeu"nun 25 yaşlı hücumçusuna təklif göndərdi

Ölkəmizi Avropa Liqasında təmsil edəcək "Qəbələ" klubu transfer çalışmalarını davam etdirir.

Newsport.az-ın məlumatına görə, "qırmızı-qaralar" Albaniyanın "Skenderbeu" klubunda forma geyinən Xames Adeniyiyə təklif göndərib.  

Əyalət təmsilçisinin rəsmiləri 25 yaşlı hücumçuya görə "Skenderbeu"ya 120 min dollar ödəməyə hazır olduğunu bildirib.  Ancaq "Skenderbeu" "Qəbələ"yə hər-hansı cavab verməyib.  Belə ki, danışılmış oyunlara görə UEFA tərəfindən avrokuboklardan uzaqlaşdırılan klub İdman Arbitraj Məhkəməsinin (CAS) qərarını gözləyir. Əgər CAS avrokuboklarda iştiraka icazə versə, klub heç bir futbolçusunu satmayacaq.  

Qeyd edək ki, nigeriyalı Adeniyi "Skenderbeu"ya 2016-cı ildə Albaniyanın "Laçi" klubundan transfer olunub.   

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right