"Biz qalib gəlməli idik" Millimizin üzvü

U-21 yığmamızın üzvü Murad Mahmudov Macarıstanla görüşdən sonra Newsport.az-ın suallarını cavablandırıb: 

Necə düşünürsən Macarıstanla görüşün hesabı ədalətli idi?

- Açıq oyun getdi. Amma biz qalib gəlməli idik. Çünki bizim qol şanslarımız daha çox idi. Son dəqiqələrdə elə vurduğum zərbədən sonra top dirəyə də tuş gəldi. Çox yaxşı futbol oynadıq, topa sahibolma da bizdə idi.

- Qələbə üçün bəs nə çatmadı?

- Müdafiədə səhvlər etmək olmaz, hücumda düşən qol imkanlarını vurmaq lazımdı. Belə olsa qalib gələrdik.

- Özünü sübut etdiyini düşünürsən?

- Mən 2000-ci iləm. Dörd il digər uşaqlardan balacayam. Hər oyunda 20 dəqiqə oynadım. Fikrimcə, yaxşı oynadım. Qol vurmaq lazım idi, o zaman daha yaxşı olardı hər şey.

- Bəs klub karyeran necə gedir?

- Ikinci ildi ki, "Ayntraxt"ın U-19 komandasında çıxış edirəm. Birinci komandaya düşmək üçün çalışıram. Bu mövsüm yaxşı oynamışam.

Renat Dadaşovu "Ayntraxt"ın əsas komandasında daima meydanda görmədik. Səni görəcəyik?

- Əlbəttə ki, bunun üçün çalışıram. Şans da hər zaman var. Yaxşı oynamalıyam, o zaman hər şey alınar. "Ayntraxt"da almanlarla oynayırsan, millidə azərbaycanlılarla.

- Hər hansı səviyyə fərqi hiss edirsəm oyunçular arasında?

- Bəli, böyük fərq var. Almaniyada daha çox atletik futbola üstünlük verirlər, texnili futbola isə o qədər də çox üstünlük vermirlər. Alman oyunçularda cəldlilik və nizam-intizam daha çox olur.

- Gələcəkdə Almaniya millisində oynamaq şansın olsa necə qərar verəcəksən?

- Mən burada doğulmuşam və Azərbaycanı da çox sevirəm. Azərbaycana da hər zaman sevinərək gəlirəm. Almaniya yığmasında oynamaq? Bu barədə heç nə deyə bilmərəm. Mən Azərbaycan yığmasında oynayıram. Yaxşı məşq edib, klubda da yaxşı oynamaq lazımdı. Daha sonra necə olacaq baxacağıq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right