Millimizin əzimkar heç-heçəsi

Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət milli komandasının Macarıstan yığması ilə yoldaşlıq görüşündə nəticəyə təsir edən hakim səhvləri baş verib.
 
Newsport.az-ın məlumatına görə, yerli referi İnqilab Məmmədovun idarə etdiyi görüşdə millimiz ilk qolunu mübahisəli penalti qərarından sonra vurub. Məmmədovun qərarına hətta yığmamızın baş məşqçisi Rəşad Sadıqov da etiraz edib. İkinci qolda isə cinah ötürməsi zamanı sinəsi ilə topa dəqiq zərbə endirən Renat Dadaşov oyundankənar vəziyyətdə olub. Oyun isə 3:3 hesablı heç-heçə ilə yekunlaşıb.
 
Qeyd edək ki, hakim səhvi ilə U-21 millimiz də üzləşib. İyunun 4-də səfərdə Qazaxıstan yığması ilə görüşdə Rəşad Sadıqovun komandası hesabda öndə olduğu vaxt meydan sahiblərinin lehinə mübahisəli penaltinin təyin olunub.
 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right