Bordinin “Neftçi”yə ilk transferi – Andera Vezzu

Paytaxtın “Neftçi” klubunun yeni baş məşqçisi Roberto Bordinin köməkçilərindən birinin  adına aydınlıq gəlib. İtaliyalı mütəxəssis “ağ-qaralar”da həmyerlisi ilə birgə çalışacaq.

Newsport.az saytının məlumatına görə, Bordin Moldovanın “Şerif” klubunda birlikdə çalışdığı Andrea Vezzu ilə əməkdaşlığını “Neftçi”də də davam etdirəcək.  46 yaşlı mütəxəssis “Neftçi”də fiziki hazırlıq  üzrə məşqçi kimi fəaliyyət göstərəcək.

Qeyd edək ki, Andrea Vezzu məşqçiliyə 2016-cı ildə məhz Roberto Bordinin rəhbəliyi altında başlayıb. O, Moldova klubunda köməkçi-məşqçi kimi çalışıb.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right