"Buna Qurban Qurbanov qərar verəcək" Renat Dadaşov

U-21 yığmamızın hücumçusu Renat Dadaşov matçdan sonra Newsport.az-ın suallarını cavablandırıb:

- Oyunla bağlı düşüncələrin necədi?

Oyunu özünüz də gördünüz. Ilk yarıda da yaxşı oynamışdıq, sadəcə olaraq qollar vura bilmədik. Ikinci yarıda da yaxşı oynadıq, hamı gördü ki, necə komandamız var. Hesa 0:2, 0:3 geridə olsaq da, hesabı dəyişəcək gücdə olduğumuzu göstərdik.

"Come back" etdiyinizi deyirsən yəni?

- Bəli, gördünüz. Düzdü, "come back" etmədik, ancaq heç-heçə oynadıq. Sadəcə göstərdiyimiz oyunu hamı gördü. Çox top götürdük, qalib də gələ bilərdik. Çox yaxşı komanda olduğumuzu göstərdik, yaxşı mübarizə aparırıq. Azərbayca üçün ən yaxşısını etməy çalışırıq.

- Bir neçə gün əvvəl Qazaxıstana qarşı oynamışdınız. Həmin oyunu yaxşı oynadınız səncə, yoxsa bu oyunu?

- Hər iki oyunu yaxşı oynadıq. Sadəcə bugünki oyunun ikinci yarısını lap yaxşı oynadığımızı düşünürəm. Iki oyuni müqayisə etsək, budəfəki bizim ən yaxşı ikinci yarımız idi. Iki oyundan onu belə nəticəyə gəlmək olar ki, bizim yaxşə potensialımız var.

Qəribə qol vurdun, nə başla, nə ayaqla, sinə ilə...

- Bəli, elə oldu. Amma bilərəkdən sinə ilə vurdum. Topun hara gələcəyinə baxırdım.

- Bir müddət yığma komandalarda olmadın, sonradan U-21 yığmasına dəvət olundun...

- Şadam ki, Rəşad mənə zəng etdi. Dedi ki, nə qədər oynamısam, ya oynamamısam gəl, oynayacaqsan. Rəşada öz təşəkkürümü bildirirəm və burada olduğuma görə şadam.

- Özünə A millidə yer görürsən?

- Mən hər şeyi edirəm. Amma bunu A millinin baş məşqçisi qərar verər. Baş məşqçinin qərarıdı.

- "Ayntratx"da xoşagəlməz halla qarşılaşdın...

- Bəli, oldu, amma b u haqda danışmaq istəmirəm.

- Karyeranı hansı klubda davam etdirəcəksən?

- Yaxın vaxtlarda görəcəksiz. Hələ ki, adını açıqlaya bilmərəm.

Mərdan HƏSƏNOV





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right