"Neftçi"nin yeni baş məşqçisi millinin oyununda

"Neftçi"nin yeni baş məşqçisi Roberto Bordin Azərbaycanın 21 yaşlılardan ibarət yığmasının (U-21) yoldaşlıq görüşünü izləyir. 
 
Newsport.az xəbər verir ki, 53 yaşlı italiyalı mütəxəssis U-21 yığmamızın macarıstanlı həmyaşıdları ilə qarşılaşmasını seyr etmək üçün "Dalğa Arena"ya təşrif buyurub.
 
Bordin "Neftçi"nin rəhbərliyi - prezident Kamran Quliyev, idman direktoru Ceyhun Sultanov və mətbuat xidmətinin rəhbəri Rüstəm Allahverdiyevlə birgə VİP lojada yer alıb.
 
Xatırladaq ki, "Neftçi" bu gün Bakı Olimpiya Stadionunda yeni baş məşqçisinin təqdimat mərasimini keçirib. 
 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right