"Neftçi"də istefa

“Neftçi”də daha bir ayrılıq qeydə alınıb.

Newsport.az-ın məlumatına görə, paytaxt klubunda əsas komandanın baş meneceri vəzifəsində çalışan Eldəniz Yusifov işindən ayrılıb. Bu barədə o, sosial şəbəkə hesabındakı açıqlamasında məlumat verib:

“Dostlar, bu gün bir ildən artıq çalışdıgım "Neftçi" PFK-dan ayrıldım. Bu, nə qədər üzücü olsa da, artıq hər şey geridə qaldı. Bu müddət ərzində birgə çalışdığım rəhbərliyə, kollektivin hər bir üzvünə, futbolçu və məşqçi heyətinə təşəkkürümü bildirirəm. Ürəyində "Neftçi" sevgisi olan azarkeşlərə isə xüsusi təşəkkür düşür.

"Neftçi"yə Avropa Liqasının oyunlarında və növbəti çempionatda uğurlar və böyük qələbələr arzulayıram”.

Xatırladaq ki, Yusifov “Neftçi”dən öncə 2005-ci ildən 2017-ci ilin may ayına qədər AZAL Peşəkar Futbol Klubunda müxtəlif vəzifələrdə çalışıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right