Azərbaycan klubu xorvatiyalı futbolçu ilə anlaşdı

Premyer Liqanın debütantı "Sabah"növbəti keçidini reallaşdırıb.

Newsport.az saytının məlumatına görə, paytaxt klubu son dəfə Buxarest "Dinamo"sunda çıxış edən xorvatiyalı yarımmüdafiəçi Antun Paniçlə anlaşıb. 29 yaşlı futbolçu ilə rəsmi müqavilə imzalanacaq.

"Sabah" daha öncə Tərzin Cahangirov, Kərim Diniyev, Məqsəd İsayev, Novruz Məmmədov, Vadim Abdullayev, Bəxtiyar Soltanov və Albaniyanın "Teuta" klubundan qanalı forvard Amadu Latifi sıralarına qatıb.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right