"Qarabağ" makedoniyalı məşqçiyə tapşırıla bilər

"Qarabağ"ın əvəzedici komandasının yeni baş məşqçisinin adı müəyyənləşmək üzrədi.

Newsport.az saytının məlumatına görə, Ağdam təmsilçisinin ikinci komandası əcnəbi mütəxəssisə tapşırıla bilər. 

Söhbət ölkəmizə heç də yad olmayan makedoniyalı məşqçi Borçe Xristovdan gedir. Artıq onunla danışıqlar aparılıb.  "Qarabağ"ın aşağı yaş qruplarında koordinator kimi çalışan 47 yaşlı mütəxəssislə yaxın günlərdə müqavilə imzalanacağı gözlənilir. 

Xristov bu postda "Səbail"in əsas komandasının baş məşqçisi təyin olunan Aftandil Hacıyevi əvəzləyəcək.   

Qeyd edək ki, Xristov Azərbaycanda “Bakı” və “Qarabağ” klublarında fəaliyyəti ilə tanınıb. O, həmyerlisi Qyoko Hacievskinin vaxtında “Bakı”da köməkçi-məşqçi kimi fəaliyyət göstərib. Hacievskinin gedişindən sonra isə “Qarabağ”la anlaşan makedon sırf seleksiya işləri ilə məşğul olub. O, 2011/12 mövsümündə əsas komandanın məşqçilər korpusunda da yer alıb.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right