Elvin Məmmədovla Əfran İsmayılovun yeni klubu müəyyənləşdi

Baş məşqçi postunu Azərbaycan futbolunun əfsanəsi Nazim Süleymanova tapşıran “Sumqayıt” klubu transfer çalışmalarını davam etdirir.

Newsport.az saytının məlumatına görə, “kimyaçılar” artıq iki futbolçunun keçidini həll edib.

Söhbət milli komandamızın üzvləri – Elvin Məmmədov və Əfran İsmaylovdan gedir. Belə ki, “gənclik şəhəri” təmsilçisi hər iki futbolçu ilə ilkin danışıqları reallaşıb.  Baş məşqçi Nazim Süleymanov razılıq versə, onlarla danışıqlar yekunlaşdırılacaq.

Qeyd edək ki, “Sumqayıt” daha öncə “Kəpəz”in müdafiəçisi Şəhriyar Əliyevin keçidini həll edib. 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right