Nazim Süleymanov rəsmən "Sumqayıt"da

“Sumqayıt”da prezident Riad Rəfiyevin iştirakı ilə Müşahidə Şurasının növbəti iclası keçirilib.

Newsport.az saytının məlumatına görə, iclasda qarşıya qoyulan əsas məsələ komandanın baş məşqçisinin müəyyənləşdirilməsi olub. Şura üzvləri Nazim Süleymanovun namizədliyini müsbət qarşılayıb. Beləliklə, adıçəkilən mütəxəssis qarşıdakı 2 mövsümdə “Sumqayıt”ın baş məşqçisi vəzifəsini yerinə yetirəcək.

Nəzərinizə çatdıraq ki, köməkçi məşqçilər haqqında məlumat yaxın günlərdə klubun rəsmi internet səhifəsində açıqlanacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right