"Qazaxıstan heç vaxt bizi belə rahat, özünü İspaniya kimi hiss edə-edə udmamışdı" Əfran İsmayılov

Mövsümün sonunda “Qarabağ”dan ayrılan Əfran İsmayılov müsahibə verib.

Newsport.az-ın məlumatına görəAğdam klubundan gedişinin səbəblərini açıqlayan futbolçu gələcək karyerası haqda da danışıb.

- “Qarabağ”dan ayrıldıqdan sonra adın bir çox klublarla yanaşı hallanır. Hazırda vəziyyət nə yerdədir?

- Hələ danışıqlar gedir, heç nə bilinmir. Real bir şey olsa, qısa zamanda açıqlayacağam.

- Həm ölkə xaricindən, həm də Azərbaycan klublarından təkliflərin olduğu yazılır. Bunlar nə dərəcədə doğrudur?

- Bəli, həm Azərbaycandan, həm Türkiyədən təkliflərim var. Qardaş ölkənin birinci liqa təmsilçiləri ilə yanaşı, bir Superliqa klubu da mənimlə maraqlanır. Amma hələ dəqiq bir şey yoxdur deyə, danışmaq istəmirəm. Danışıqlar gedir. Rəsmiləşəndən sonra açıqlama verəcəm.

- “Qarabağ”dan ayrılmaq sənin üçün gözlənilməz olmadı?

- Yox, müqaviləm başa çatmışdı. Yeni sözləşmə təklif etmədilər. Qurban Qurbanovla danışığımız oldu. Həmin söhbətdə mənə dedi ki, sənə inamım azalıb.

- Bu barədə əvvəlki müsahibələrində də danışmısan. Ümumiyyətlə, Qurban müəllimin bu sözlərini necə qarşıladın? Sənə necə təsir etdi?

- Heç nə, normal qarşıladım. Hər məşqçinin öz qayda-qanunu, dəsti-xətti var. Hər birinin fikrinə hörmətlə yanaşmaq lazımdı. Elə məşqçi var ki, bir futbolçuya bu cür, digərinə başqa cür. Burda qeyri-adi bir şey yoxdur.

- Milli komandamız yoldaşlıq oyununda Qazaxıstana 0:3 hesabı ilə uduzdu. Vaxtı ilə sən özün də bu yığmaya qarşı oynamısan. Komandanın məğlubiyyətini necə şərh edərdin?

- Hə, Qazaxıstana qarşı oynamışam. Açığı, oyunun əvvəlini görməmişəm. İkinci hissəyə baxa bildim. Həqiqətən də mənim üçün şok, gözənilməz nəticə oldu. Qazaxıstan heç vaxt bizi belə rahat, özünü İspaniya kimi hiss edə-edə udmamışdı. Qurban müəllim də oyundan sonra bildirib ki, uşaqlar bu məğlubiyyətdən nəticə çıxaracaqlar. İnanıram ki, Millətlər Liqasına kimi hazır olacaqlar.

Qol.az





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right