Millimizdən böyük irəliləyiş FİFA reytinqi

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.

Newsport.az-ın məlumatına görə, ötən ayla müqayisədə Azərbaycan milli komandasının 21 pillə irəliləyib. Qırğızıstana 3:0 hesabı ilə qalib gəlib, Qazaxıstana eynihesabla uduzan Qurban Qurbanovun baş məşqçi olduğu komanda 321 xalla 105-ci yerdədir.

Yığmamızın Millətlər Liqasındakı rəqiblərinə gəlincə, Farer adaları 376 xalla 90-cı (+3), Kosovo 197 xalla 141-cı (+11), Malta isə 65 xalla 184-cü (+1) yerdədir.

Qeyd edək ki, siyahıya 1558 xalla Almaniya başçılıq edir. Braziliya ikinci (1431), Belçika üçüncüdür (1298).





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right