Kintana "Las Palmas"a keçəcək?

"Qarabağ"la müqaviləsi başa çatan Dani Kintananın gələcəyi müəmmalıdır.

Newsport.az-ın məlumatına görə, 31 yaşlı yarımmüdafiəçinin İspaniya Sequnda təmsilçisi "Las Palmas"ın hədəfində olsa da, bu keçid baş tutmayacaq. Bu barədə İspaniya mətbuatı məlumat yayıb. Klubdan ayrılan idman drektoru Toni Kruz Kintananın transferini düşünürdü. Lakin onun gedişi ilə bu transfer baş tutmayacaq. Yeni idman direktoru Toni Otero Kintananın transferi ilə bağlı addım atmaq istəmir. O, komandanın gəncləşdirilməsi yönündə çalışacaq.

Məlumatda qeyd edilir ki, Kintana "Qarabağ"ın yeni müqavilə təklifinə müsbət cavab verməyib və yeni variantları nəzərdən keçirir.

Qeyd edək ki, Dani 2015-ci ildən "Qarabağ"da çıxış edir. İspaniyalı futbolçu başa çatan mövsümdə bütün turnirlər daxil olmaqla 28 oyuna 5 qol vurub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right