Heydər Əliyev kuboku: Naxçıvanda idarəçilik edəcək hakimlər müəyyənləşdi

Naxçıvan Muxtar Respublikasında Heydər Əliyevin xatirəsinə həsr olunmuş ənənəvi futbol turniri keçiriləcək.

Newsport.az saytının məlumatına görə, Peşəkar Futbol Liqası və Naxçıvan MR Gənclər İdman Nazirliyinin birgə təşkilatçılığı ilə reallaşacaq yarışda yerli “Araz Naxçıvan” komandası ilə yanaşı, “Zaqatala”, “Şüvəlan” və MOİK klubları mübarizə aparacaq.

Görüşlər Premyer Liqa hakimləri tərəfindən idarə olunacaq. Bu barədə Futbol11.az saytına AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov məlumat verib. Məmmədov bildirib ki, yarışda baş hakim kimi İnqilab Məmmədov və Vüqar Həsənli təmsil olunacaq. Onlara turnir ərzində Rza Məmmədov, İsgəndər Əliyev, Elşad Abdullayev və Müslüm Əliyev yardım edəcəklər. 

Qeyd edək ki, turnir iyunun 12-də start götürəcək. 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right