"Azərbaycan millisi yaxşı komandadır" Qazaxıstan millisinin futbolçusu

"Bu gün azarkeşlər üçün gözəl oyun göstərdik, aqressiv çıxış etdik. Hesab tablodadır". 

Newsport.az-ın məlumatına görə, bu sözləri Qazaxıstan millisinin futbolçusu Bəxtiyar Zaynutdinov  yığmamızla keçirilən yoxlama oyunundan (3:0) sonra “sports.kz”yə açıqlamasında deyib. 

Yığmamızın qapısına vurulan 3-cü qolun müəllifi bunları əlavə edib:"İlk yarıda yaxşı oynadıq. Topa nəzarət etdik. Hər şey yaxşı idi. Azərbaycan millisi yaxşı komandadır".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right