Millimiz qələbəni əldən verdi

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi yoxlama oyunu keçirib.

Newsport.az-ın məlumatına görə, Rəşad Sadıqovun baş məşqçisi olduğu komanda qazaxıstanlı həmyaşıdları ilə qarşılaşıb. Astanada keçirilən oyunda hesabı komandamız açsa da, qələbəni qoruyub-saxlaya bilməyib. Görüş 1:1 hesablı heç-heçə ilə başa çatıb.

Qeyd edək ki, millimiz bu oyundan 4 gün sonra Bakıda Macarıstan U-21-i ilə üz-üzə gələcək.

Qazaxıstan U-21 – Azərbaycan U-21 - 1:1

Qollar: Aybol Abiken, 80 (pen.) - Sərtan Taşkın, 36

 

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right