Qurban Qurbanov: "Bizi yaxşı və maraqlı oyun gözləyir"

Milli komandamız sabah Qazaxıstan yığması ilə yoldaşlıq oyununda üz-üzə gələcək.

Newsport.az-ın məlumatına görə, millimizin baş məşqçisi Qurban Qurbanov bu gün mətbuat konfransında qarşılaşma ilə bağlı fikirləırini bildirib:

“Düşünürəm ki, bizi yaxşı və maraqlı oyun gözləyir. Qazaxıstan yığmasının təcrübəli yeni məşqçisi var. İşlədiyi yerlərdə müsbət nəticələr qazanıb. Rəqibin Bolqarıstan və Macarıstan yığmaları ilə oyununu izləmişəm. Baxımlı futbol sərgiləyirlər. Biz də çalışacağıq ki, həm yaxşı oyun nümayiş etdirək, həm də müsbət nəticə qazanaq. Qırğızıstan yığması ilə oyunla müqayisədə dəyişikliklər olacaq. Oyunun gedişində də dəyişikliklər edib uzun müddət millidə olmayan futbolçulara da şans verəcəyik”.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right