"Mənim üçün nəticə ikinci planda idi" - Rəşad Sadıqov

"Maraqlı oyun alındı. Komandaların ifasında yardıcı futbolun şahidi olduq. Hər iki tərəf topa nəzarət etmək istəyirdi. Nəticə yaxşıdır. Heyətimizdə çoxlu gənc futbolçular var. Qazaxıstanla bizim hədəflərimiz fərqlidir. Onlar qrupda 2-ci yer uğrunda mübarizə aparırlar. Biz isə komandanı yeniləmək istəyirik".

 

Newsport.az-ın "sports.kz" saytına istinadən yaydığı xəbərə görə, bu sözləri Qazaxıstanın 21 yaşadək futbolçularından ibarət yığması ilə yoldaşlıq oyunundan (1:1) sonra keçirilən mətbuat konfransında U-21 millimizin baş məşqçisi Rəşad Sadıqov deyib. Qarşılaşma ilə bağlı fikirlərini açıqlayan gənc mütəxəssis daha sonra jurnalistlərin suallarını cavablandırıb.

 

- Sizcə, hakimin penalti qərarı nə dərəcədə doğru idi?

- Nəyisə detalları ilə şərh edə bilmərəm. Görmək istədiyimizi meydanda tətbiq edə bildik. Oyundan razıyam. Mənim üçün nəticə ikinci planda idi.

- Qazaxıstan millisi sizdə hansı təəssüratları oyatdı?

- Yaxşı komandanız var. Sizə azarkeşlik edəcəyik. Qazaxıstanda futbolun inkişafı məndə yaxşı təəssüratlar oyatdı. "Astana"nın uğurları da bunu sübut edir. Düşünürəm ki, düzgün yoldasınız.

- "Astana"nın yeni baş məşqçisi Roman Qriqorçuk haqda nə bilirsiniz?

- Maraqlı insan və yaxşı məşqçidir. Onunla mübarizə aparmaq maraqlı idi. Qriqorçuka uğurlar arzu edirəm.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right