Yuri Maksimov: "Yalnız bir şərtlə "Keşlə"də qalmağa hazıram"

"Keşlə" ilə yeni müqavilə barədə ilkin danışıqlarımız olub. Klubda qalmaq istədiyimi onlara bildirmişəm".

Newsport.az-ın məlumatına görəbu sözləri "Keşlə"nin baş məşqçisi Yuri Maksimov deyib.  

Təcrübəli çalışdırıcı paytaxt klubundakı gələcək karyerasından danışıb.  O, yalnız bir şərtlə komandada qalacağını bildirib: "Şərtlərimi rəhbərliyə bildirmişəm. Son mövsümdə komandanın heyətində top qovan futbolçularla razılıq əldə olunsa, mən də qalacağam. Həmin futbolçular "Keşlə"də qalmalıdırlar. Bundan başqa, heyətin güclənməsinə də ehtiyac var". 

Maksimov bütün suallara iyunun 20-da aydınlıq gələcəyini bildirib: "İyunun 20-də Bakıya qayıdacağam. Bundan sonra hər şey dəqiqləşəcək". 

Xatırladaq ki, "Keşlə" Yuri Maksimovun rəhbərliyi altında son mövsüm Azərbaycan kubokunun qalibi olub.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right