Millimizin kapitanı: "Mövsümü müsbət notlarla bitirmək istəyirik"

"Mövsümü müsbət notlarla bitirmək istəyirik. Düşünürəm ki, həm onlar, həm də bizim üçün maraqlı oyun olacaq. Qələbə qazanmağa çalışacağıq".

Newsport.az-ın məlumatına görə, bu fikirləri Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət yığma komandasının kapitanı Bəhlul Mustafazdə AFFA-nın rəsmi saytına açıqlamasında bildirib. 

Qazaxıstanlı həmyaşıdlarıyla sabab Astanadakı yoldaşlıq görüşü haqda düşüncələrini bölüşən mərkəz müdafiəçisi baş məşqçiləri Rəşad Sadıqovun verdiyi tapşırıqları yerinə yetirmək istədiklərini söyləyib: "Bəlli bir sistemimiz var və ona uyğun oynamalıyıq. Milli komandada və ya klubda davamlı oynamaq üçün daim yüksək səviyyədə çıxış etmək lazımdı. Ən vacibi, həm sabahkı oyunu, həm də bütün mövsümü yüksək səviyyədə keçirməkdi".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right