"Daha gəncləşdirilmiş heyətimiz olacaq" - Rəşad Sadıqov

"Bizi yaxşı rəqiblə oyun gözləyir. Qazaxıstan yığması Avropa çempionatının seçmə mərhələsində 2-ci yer uğrunda mübarizə aparır. 2-ci yerdən cəmi bir xal geri qalırlar. Güclü rəqiblə oynamağımız bizi sevindirir".

Newsport.az-ın məlumatına görə, 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Rəşad Sadıqovun Qazaxıstan yığması ilə yoldaşlıq oyunu öncəsi AFFA-nın saytına açıqlamasında deyib.

O, oyuna yaxşı hazırlaşdıqlarını bildirib: " Futbolçularımızı, komandamızı yoxlamaq istəyirik. Sabah, demək olar, U-20-nin 7-8 üzvünü əsas heyətdə meydana buraxacağıq. Daha gəncləşdirilmiş heyətimiz olacaq. Çalışacağıq ki, ilk növbədə yaxşı oyun, sonra da yaxşı nəticə olsun".

Qeyd edək ki, Qazaxıstan U-21 - Azərbaycan U-21 görüşü sabah keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right