Ruslan Qurbanovun yeni klubu müəyyənləşdi

Mövsümün sonunda “Qəbələ”dən ayrılan Ruslan Qurbanovun yeni klubu müəyyənləşib.

Newsport.az-ın məlumatına görəbu barədə 27 yaşlı hücumçu özü məlumat verib. O bildirib ki, bundan sonra karyerasını “Səbail”də davam etdirəcək:

“Səbail”lə razılığa gəlmişəm. Millimizlə səfərdən qayıtdıqdan sonra yeni komandamla 1 illik müqavilə bağlayacağam”.

Qeyd edək ki, Qurbanov hazırda milli komandamızın düşərgəsindədir. Yığmamız iyunun 5-də Astanada Qazaxıstan, 9-da isə Riqada Latviya seçməsi ilə yoldaşlıq oyunları keçirəcək.

Qol.az





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right