Rahid Əmirquliyev “Xəzər Lənkəran”dakı səlahiyyətindən imtina etdi

“Qarabağ”dan ayrılan Rahid Əmirquliyev karyerasını “Səbail”də davam etdirəcək.

Newsport.az-ın məlumatına görə, daha çox oynamaq məqsədi ilə “Səbail”ə keçən təcrübəli yarımmüdafiəçiyə komandanın kapitanı olmaq təklif olunub. Bu hazırkı kapitan Eltun Yaqublunun təşəbbüsü olub. Lakin Əmirquliyev bundan imtina edib və kapitanlıq bazubəndini qəbul etməyib.

Qeyd edək ki, öz oyunu ilə yanaşı insani keyfiyyətləri ilə də hər zaman ön planda olan Əmirquliyev uzun müddət oynadığı “Xəzər Lənkəran”da kapitan olmuşdu.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right