"Leon" Futbol Klubunun rəsmi saytı açıldı FOTOLAR

Bu gün "Leon" Futbol Akademiyasının rəsmi saytının açılış mərasimi keçirilib.

Newsport.az-ın məlumatına görə, təqdimat mərasimində klub rəsmiləri ilə yanaşı, AFFA rəsmiləri Cahangir Həsənzadə ilə Zaur Hacı-Məhərrəmov və Azərbaycan millisinin keçmiş futbolçusu Vüqar Nadirov da iştirak edib.

Tədbiri giriş sözü ilə açan klubun baş məşqçisi Elvin Həsənov “Leon”un fəaliyyətindən danışıb. O bildirib ki, 2015-ci ildə klubu təsis edərkən, çətinliklərə baxmayaraq, ruhdan düşmədən inkişaf etdirilməsindən ötrü səylə çalışıblar: "Uşaqları komandaya toplayaraq, böyük əzmkarlıqla məşqlərimizi davam etdirirdik. Klubumuzun əsas məqsədi təlim-tədrisə peşəkar məşqçilərin cəlb edilməsi oldu. Klubumuza UEFA-nın "B kateqoriyalı peşəkar məşqçiləri dəvət edildilər. Peşəkar məşqçilər kluba cəlb edildikdən sonra klubda Avropa Futbol tədrisi proqramları əsasında məşqlərimiz davam etdirildi".



E.Həsənovun sözlərinə görə, klubun qarşısına qoyduğu əsas məqsədlərdən ən başlıcası 4 - 12 yaşlı uşaqların futbol oynamaq potensialını üzə çıxarmaq, onları inkişaf etdirmək, peşəkar futbolçu səviyyəsinə çatdırmaqdır: "Uşağlarımızın kiçik yaşlarından futbol meydanında sərbəst hərəkət etmələri, koordinasiya və topla davranışı, onlara peşəkar texniki üsul və bacarıqları, fiziki və mənəvi hazırlıqları, qısa zamanda düşünərək düzgün qərar qəbul etməyi, hərbi nizam və intizamı, tədris proqramı əsasında öyrətməyə nail olduq. Eyni zamanda gənc futbolçularımızın müvafiq orta məktəb və liseylərdə aldıqları təhsilin yüksək səviyyədə saxlanılmasına daima nəzarət etdik. Burada uşaqları düzgün tərbiyə etməklə yanaşı, həm də futbolun sirlərini öyrətmək istəyirik. Ümid edirəm ki, Azərbaycan millisinə bir neçə futbolçu yetişdirəcəyik. Rəsmi tərəfdaşımız olan “Ekspromt Memarlıq və İnşaat” qrupuna təşəkkür edirəm. Bu gün saytımızın yaranmasında onların böyük əziyyəti var. Bizə dəstək olub uğurlarımızı hər kəsə çatdırmağa kömək ediblər”.



E.Həsənov "Leon"un azyaşlılardan ibarət komandalarının Azərbaycan çempionatlarındakı çıxışına toxunub: "Uzun və gərgin əməyimiz nəticəsində klubumuzun bəhrəsini bir ildən sonra, yani 2016-cı ildən görməyə başladıq. Oyunçularımız aldıqları düzgün təlim-tədris nəticəsində nəinki Azərbaycan futbolu, hətta Avropa və dünya futbolu üçün peşəkar, intellektual futbolçular yetişdirməyi qarşısına hədəf qoydu. Ölkə çempionatlarında bir neçə uşaq futbol komandamız çıxış edir. Onlardan ikisi ötən il uğurlu oyunu ilə yadda qalıb. U-12 komandası 105 komanda arasında 3-cü, U-10 komandası 5-ci yeri tutub. Həmin il U-10 komandamız Turkiyədə “Altinordu” futbol klubun təşkilati ilə keçirilən “İnternational Champions trophy”, U-10 “Izmir Cup 2017" turnirində 40 komanda arasında 5 ci yeri tutub. Bundan başqa U-10 komandamız “Qış kuboku 2017” 1-ci yerə layiq görüldü, “Sabahın ulduzları” Bakı çempionatlarında daima mükafatçılar sırasında yer almağa müvəffəq olduq. Lakin biz bu qısa müddətdə əldə etdiyimiz zəfərlər və uğurlarla kifayətlənmədik. Klubumuzun rəhbərinin və idarə heyyəti üzvlərinin gərgin əməyi nəticəsində maddi-texniki bazasını və tədrisini daha da təkminləşdirdik, müasirləşdirdik. 2018-ci ildə “Leon” respublika çempionatında birincilik uğrunda rəqibləri ilə çox gərgin mübarizə apardı. Bunun nəticəsində klubumuzun U-10 və U-11 yaş qrupu 4-cü yeri qazandı".

Beynəlxalq əlaqələrə də üstünlük verdiklərini deyən baş məşqçi oyunçularına yerli və xarici klublardan transfer təkliflərinin gəldiyini diqqətə çatdırıb: "Bu da bizim düzgün mövqedə olmağımızdan xəbər verir, bizi daha da ruhlandırır, məsuliyyətimizi və gələcəyə ümidimizi artırır. Bütün uğurların davamı olaraq artıq klubumuzun rəsmi saytı da fəaliyyətə başlayıb.Rəsmi tərəfdaşımız olan “Ekspromt Memarlıq və İnşaat” qrupuna təşəkkür edirəm. Bu gün saytımızın yaranmasında onların böyük əziyyəti var. 
Məhz saytımız vasitəsilə klubumuzun qazandığı uğurları sizlərlə bölüşəcəyik".


Daha sonra www.leonfk.com ünvanında yerləşən sayt təqdim olunub. Saytda klubun tarixi və nailiyyətləri, iştirak etdiyi yarışlar, qarşısına qoyduğu məqsədlər və s. barədə geniş məlumatlar əksini tapıb.



AFFA-nın Kütləvi Futbol
Departamentinin rəisi Cahangir Həsənzadə və Təhsil Üzrə Menecer Zaur Hacı-Məhərrəmov "Leon"un uşaq futbolunun inkişafı naminə işlərini yüksək qiymətləndirib, klub akademiyasında yetişən uşaqların yüksək istedada malik olmalarından bəhs ediblər. C.Həsənzadə deyib: “Biz daim bu klubu izləyirik. Öz fəaliyyətləri ilə diqqət çəkirlər. Məşqçilərin də B kateqroiyası var. Onların da daha yüksək kateqoriyalar alacağına və daha da inkişaf edəcəklərinə inanıram”.


Z.Hacı-Məhərrəmov isə akademiyanın işi ilə əyani tanış olduğunu deyərək, "Leon"un nümunəvi fəaliyyətinə diqqət çəkib.

Sonda akademiyanın bir qrup futbolçusunun iştirakı ilə tort kəsilib, iftar süfrəsi açılıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right