"Zirə" 4 futbolçu ilə yeni müqavilə imzaladı

Paytaxtın "Zirə" klubu müqaviləsinin müddəti başa çatan bir neçə futbolçu ilə yeni anlaşma əldə edib.

Newsport.az saytının məlumatına görə, "qartallar" 4 futbolçunun müqaviləsinin müddətini artırıb.  

Bunlar Vüqar Mustafayev, Sadiq Quliyev, Sadio Tounkara və Mirsahib Abbasovdu. Sonuncu qış transfer dönəmində icarə əsasında "Keşlə"dən komandaya cəlb olunmuşdu.  Paytaxt təmsilçisi artıq hücumçunu birdəfəlik transfer edib.  

Qeyd edək ki, "Zirə" bundan öncə qapıçılar - Kamal Bayramov və Anar Nəzirovla yeni anlaşma əldə edib. 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right