Fərhad Vəliyev elita klubunun məşqçisi təyin olundu

“Sumqayıt”ın yeni müqavilə təklifinə yox deyib, karyerasını başa vuran Azərbaycan milli komandasının sabiq üzvü Fərhad Vəliyev dərhal məşqçiliyə başlayıb.

Newsport.az saytının məlumatına görə, Vəliyev elita klubunda çalışacaq. Veteran qapıçı “Səbail” klubunda qapıçıların hazırlığına nəzarət edəcək. Onunla münasibətlər artıq rəsmiləşdirilib.

Qeyd edək ki, “Səbail”in baş məşqçisi Aftandil Hacıyevlə Fərhad Vəliyev vaxtilə “Qarabağ”da birgə çıxış ediblər. Odur ki, baş məşqçi ilə köməkçi məşqçi bir-birilərini yaxından tanıyırlar.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right