“Səbail”in 4-cü transferi Əliyev oldu

Azərbaycan Premyer Liqasında 2-ci mövsümünü keçirəcək “Səbail” klubu transfer çalışmaılarını davam etdirir.

Newsport.az saytının məlumatına görə, Rahid Əmirquliyev, Ağabala Ramazanov və Şəhriyar Rəhimovla anlaşan “Səbail”in 4-cü transferi də azərbaycanlı olub. Belə ki, baş məşqçi Aftandil Hacıyev “Zirə”dən ayrılan Orxan Əliyevi sərəncamına daxil edib. Onunla 1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Orxan zədə səbəbindən ötən mövsümün böyük hissəsini oynamayıb. Hazırda özünü yaxşı hiss edən gənc oyunçunun zədə baxımından problemi yoxdur.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right