Tərlan Əhmədovun ardından onlar da "Neftçi"dən göndərildi

“Neftçi”də əsas komandanın bütün məşqçiləri ilə yollar ayrılıb.

Newsport.az-ın məlumatına görə, bu barədə məlumatı klub rəsmi saytı vasitəsilə yayıb. Məlumata görə, əsas komandanın məşqçi heyəti ilə müqavilələrə xitam verilib. Bununla da, Novruz Əzimov, İqor Getman, Mehman Babayev, Rauf Salamov və Dmitro Qolovko bakılılardan ayrılıb.

Qeyd edək ki, ötən gün baş məşqçi Tərlan Əhmədov “Neftçi”dən ayrılmışdı.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right