"Neftçi" məşhur italiyalı məşqçini gətirir ÖZƏL

Tərlan Əhmədovla yolları ayıran "Neftçi" baş məşqçi axtarışlarını davam etdirir.

Newsport.az-ın məlumatına görə, "ağ-qaralar" italiyalı mütəxəssis Canni De Byazi ilə danışıqlar aparır. Son olaraq İspaniyanın "Alaves" klubunu çalışdıran 61 yaşlı mütəxəssislə danışıqlar müsbət tamamlansa, onunla müqavilə imzalanacaq. Tərəflər arasında danışıqlar davam edir.

Qeyd edək ki, De Byazi İtaliyanın bir neçə klubunu çalışdırıb. O, 20011-2017-ci illərdə Albaniya millisinin "sükanı arxası"nda olub. Mütəxəssis komandanı tarixində ilk dəfə Avropa çempionatının final mərhələsinə çıxarmışdı. Albaniya 2016-cı ildə keçirilən turnirin qrup mərhələsini 3-cü yerdə tamamlamışdı.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right