Tərzin Cahangirov keçmiş klubuna qayıda bilər

Gənclərdən ibarət milli komandamızın sabiq üzvü Tərzin Cahangirov klubunu dəyişəcək.

Newsport.az-ın məlumatına görə, yarımmüdafiəçi Premyer Liqanı tərk edən "Kəpəz" klubundan ayrılıb.  

Əldə etdiyimiz məlumata görə, 26 yaşlı futbolçu keçmiş klubu "Sumqayıt"dan təklif alıb. "Səbail"in də maraq dairəsində olan oyunçu qərarını yaxın günlərdə verəcək. 

Qeyd edək ki, Cahangirov karyerası ərzində "Qəbələ", "Sumqayıt", "Zirə" və "Neftçi" kimi klublarda çıxış edib.  

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right