Millimizin üzvü "Qarabağ"ın hədəfində

21 yaşadək futbolçulardan ibarət milli komandamızın üzvü Ozan Can Kökçü karyerasını ölkəmizdə davam etdirə bilər.

Newsport.az-ın məlumatına görə, müqavilə ilə Türkiyənin "Bursaspor" klubuna məxsus futbolçu "Qarabağ"a keçməyə yaxındır. Lakin onun Türkiyə klubunda qalmaq ehtimalı böyükdür. Çünki "Bursaspor"un yeni baş məşqçisi Samet Aybaba gənc futbolçuları heyətə qaytarmaq niyyətindədir. 

Gənc oyunçu ilə Hollandiyanın "Feyenoord" klubuda maraqlanır. 

Qeyd edək ki, Kökçü ötən mövsümün ikinci yarısını icarə əsasında Hollandiyanın "Valveyk" klubunda keçirib. 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right