Fərhad Vəliyev karyerasını başa vurdu

Milli komandamızın sabiq üzvü və son olaraq "Sumqayıt"ın şərəfini qoruyan Fərhad Vəliyev karyerası ilə bağlı önəmli qərar verib.
 
Newsport.az-ın məlumatına görə, 37 yaşlı əlcək sahibi butsılarını mıxdan asmağa qərar verib. O, karyerasını məşqçi kimi "Sumqayıt"da davam etdirəcək. Vəliyev klubda qapıçılar üzrə məşqçi olacaq.
 
Qeyd edək ki, Sumqayıt futbolunun yetirməsi olan Vəliyev müxtəlif illərdə bu şəhərin "Gənclərbirliyi" komandasının da şərəfini qoruyub. O, bundan başqa, "Şahdağ", "Masallı", "Neftçi", "İnter" və "Qarabağ" klublarının da formasını geyinib. Dörd dəfə Azərbaycan çempionu olan qapıçı 5 dəfə də ölkə kubokunu başı üzərinə qaldırıb. Təcrübəli qapıçı milli komandamızda 32 oyun keçirib.
 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right