"Neftçi"nin yeni baş məşqçisi kim olacaq? Klubdan açıqlama

"Neftçi" baş məşqçisi Tərlan Əhmədovla müqaviləni uzatmadı.
 
Newsport.az-a açıqlama verən klubun mətbuat xidmətinin rəhbəri yeni baş məşqçi axtarışında olduqlarını bildirib: "Bildiyiniz kimi artıq Tərlan Əhmədovla yollarımızı ayrmışıq və bu gündən klub yeni baş məşqçi axtarışındadır. Bir neçə namizədlər var.Müqavilə şərtlərinə uyğun baş məşqçi ilə anlaşacağıq. Ancaq ad açıqlama düzgün olmaz. Onların hər biri "Neftçi"ni çalışdırmaq iqtidarında olan mütəxəssislərdir. Məsələ ilə bağlı qərar yaxın günlərdə bəlli olacaq".
 
Qeyd edək rumıniyalı Marius Şumiditsa və gürcüstanlı Temuri Ketsbayanın adları "Neftçi" ilə hallanır.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right