"Sumqayıt" Yüksək Liqanın qalibi oldu

AFFA-nın təşkil etdiyi Yüksək Liqada 2017/2018-ci il mövsümünə yekun vurulub.

Newsport.az xəbər verir ki, Bayıl stadionunda keçirilən son oyunda “Təhsil” və “Sumqayıt” komandaları qarşılaşıb. 2:1 hesabı ilə qalib gələn “Sumqayıt” mövsümün qalibi olub. “Qəbələ” ikinci, “Təhsil” isə üçüncü yeri tutub. 

Oyun başa çatdıqdan sonra mükafatlandırma mərasimi təşkil olunub. Mükafatları AFFA-nın baş katibinin müavini Sərxan Hacıyev, “Sumqayıt” klubunun prezidenti Riad Rəfiyev, futbol veteranı Rüstəm Rəhimov, 19 yaşadək qızlardan ibarət Azərbaycan yığma komandasının baş məşqçisi Vüqar Əsgərli, Kütləvi Futbol Departamentinin rəhbəri Cahangir Həsənzadə, Qadınlar Liqasının Təşkili Şöbəsinin rəisi Nəriman Axundov təqdim ediblər.

"Təhsil" komandasının üzvü Sona Rəhimova 35 qolla mövsümün ən məhsuldar oyunçusu olub. Liqanın ən yaxşı oyunçusu "Sumqayıt" komandasında çıxış edən Vüsalə Hacıyeva seçilib. "Fair Play" mükafatına isə "Qəbələ" komandasının futbolçusu Gülənbər Qasımova layiq görülüb. Həmçinin oyunu idarə edən hakimlərə diplomlar təqdim edilib.

İlk üç yeri tutan komandalar müvafiq olaraq qızıl, gümüş və bürünc medallarla təltif edilib.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right