Sezar Meza Kolli seçim qarşısında: "Qəbələ", yoxsa "Neftçi"?

"Keşlə"yə qayıtdıqdan sonra parlaq oyunu ilə diqqət çəkən Sezar Meza Kolli klubunu dəyişə bilər. Paraqvaylı futbolçunun xidmətində ölkəmizdən iki klub maraqlıdır. 

Newsport.az-ın məlumatına görə, bunlar "Qəbələ" və "Neftçi"di. Mövsüm başa çatandan sonra legionerlərin əksəriyyəti ölkəmizi tərk etsə də, Sezar belə addım atmayıb. 26 yaşlı futbolçu yeni klubunun adı müəyyənləşdikdən sonra vətəninə yollanacaq.  

Onu hazırkı klubu "Keşlə"də heyətində saxlamağa can atır. Lakin digər klubların daha yüksək məvacib təklif etməsi futbolçunu düşünməyə vadar edib.

Qeyd edək ki, Sezar qış transfer dönəmində uzun müddət klubsuz qaldıqdan sonra "Keşlə"yə qayıdıb.  O, ölkəmizdə qısa müddət "Zirə"nin də formasını geyinib.  

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right