"Qəbələ" legioneri ilə yollarını ayırdı

"Qəbələ"dən ayrılan növbəti futbolçunun adına aydınlıq gəlib.

Newsport.az-ın məlumatına görə, "qırmızı-qaralar" ukraynalı müdafiəçi Vitali Vernidubla yollarını ayırıb.  

31 yaşlı mərkəz müdafiəçisinin başa çatan müqaviləsinin yenilənməməsinə qərar verilib. Vernidub 2015-ci ilin yayında "Zarya"dan "Qəbələ"yə transfer olunub.  

Qeyd edək ki, "Qəbələ" Vernidubdan öncə millimizin üzvü Ruslan Qurbanovla müqavilə artırmamağa qərar verib.  Türkiyənin "Göztəpə" klubundan icarəyə götürülən Famussa Kone isə geri göndərilib.  

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right