"Sabah" 5 futbolçu ilə razılıq əldə etdi

Yeni mövsümdən Premyer Liqada mübarizə aparacaq "Sabah" klubu heyətini gücləndirməyə çalışır.

Newsport.az-ın məlumatına görə, paytaxt təmsilçisi 5 futbolçu ilə anlaşıb.  

Komanda son mövsümü baş məşqçi Elşad Əhmədovun rəhbərliyi altında "Xəzər"də keçirən futbolçular - Tərlan Əhmədli, Novruz Məmmədov və Vadim Abdullayevlə razılıq əldə edib.  Paytaxt təmsilçisi həmçinin "Səbail"dən ayrılan Kərim Diniyev və Vüqar Nadirovun keçidini yekunlaşdırıb.  

Qeyd edək ki, "Sabah" bundan öncə "Keşlə"nin futbolçusu Məqsəd İsayevlə danışıqları yekunlaşdırıb.  

 
 
 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right