"Qəbələ" 1/4 finala yüksəldi

Xorvatiyanın Riyeka şəhərində keçirilən 17 yaşadək futbolçulardan ibarət komandalar  arasında 66-ci Kvarnerska Riviyera turnirində qrup mərhələsinə yekun vurulub. 

Newsport.az-ın məlumatına görə, “Qəbələ”nin U-17 komandası III turda Xorvatiyanın “Osiyek” klubu ilə qarşılaşıb. Görüş 1:1 hesabı ilə başa çatıb. “Qırmızı-qaralar”ın heyətində Kamran Quliyev rəqib qapısına yol tapıb.

Beləliklə, ilk iki turda Sloveniya “Domjale”si ilə qolsuz heç-heçə edib, Xorvatiya “Omişal”ını 2:0 hesabı ilə məğlub edən “Qəbələ” 5 xalla qrupda 2-ci yeri tutub. “Qırmızı-qaralar” hər komandanın üç 18 yaşadək futbolçudan yararlana bildiyi turnirin 1/4 finalına yüksəlib. Komandanın bu mərhələdəki rəqibi Sloveniyanın “Olimpiya” klubu olacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right