Fariz Nəcəfov: "Sənan Qurbanovda baş məşqçiyə xas bütün xüsusiyyətlər var"

“Qəbələ” İdman Klubunun vitse-prezidenti Fariz Nəcəfov əsas komandaya yeni baş məşqçi təyinatı ilə bağlı fikirlərini açıqlayıb.

Newsport.az-ın məlumatına görə, Nəcəfov klubun rəsmi saytına açıqlamasında Sənan Qurbanovun artıq məşqçi kimi püxtələşdiyini, rəhbərlik olaraq ona güvəndiklərini bildirib:

“Sənan Qurbanov artıq illərdir ki, klubumuzda çalışır. O məşqçi kimi fəaliyyətə “Qəbələ” Futbol Akademiyasında başlayıb. Daha sonra fəaliyyətini əsas komandada davam etdirib. Hamının bildiyi kimi klubumuzda iki məsələ prioritet təşkil edir: akademiya və əsas komanda. Qurbanov da bizim strategiyamıza uyğun olaraq akademiya futbolçularını yaxından tanıyır, onlara yanaşma baxımından düzgün mövqe sərgiləyəcək. Həm də uzun illər əsas komandada çalışıb, Roman Qriqorçuk kimi təcrübəli məşqçinin yanında püxtələşib, Avropa Liqası və ölkədaxili turnirlərdə böyük təcrübəyə malikdir. Qurbanovda baş məşqçiyə xas bütün xüsusiyyətlər var. Ona güvənirik və klubumuzda uğurlu fəaliyyət göstərəcəyinə inanırıq”.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right