"Respublika günü" turniri: Finalçılar məlum oldu

Dünən «Vətən» RİOEUG Futbol Məktəbinin təşkilatçılığı, AFFA-nın dəstəyi və «Het-trik news» qəzetinin informasiya dəstəyi ilə 2003-cü il təvəllüdlü futbolçulardan təşkil olunmuş komandalar arasında Azərbaycan Demokratik Respublikasının yaranmasının 100 illiyinə həsr olunmuş «Respublika günü» futbol turnirində yarımfinal oyunları keçirilib. «İnter Arena»nın əsas meydanında baş tutan qarşılaşmalardan sonra finalçılar məlum olub.

«Səbail» - «Vətən» 0:3

Qollar: Bəhruz Tanrıverdiyev, 38; Elvin Abdullayev, 47, 63

«Neftçi» - «Keşlə» 0:4

Qollar: Vaqif Həsənov, 19 (pen.); Əbil Əbilov, 41, 53, 60.

Sabah turnirdə 3-cü yer uğrunda oyun və final qarşılaşması keçiriləcək. Hər 2 matç «Bayıl Arena»ya təyin olunub.

3-cü yer uğrunda

16:00 «Səbail» - «Neftçi»

Final

18:00 «Vətən» - «Keşlə»

Het-trik news» qəzeti





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right