Vüqar Nadirovun yeni klubu müəyyənləşdi

Azərbaycan milli komandasının keçmiş üzvü Vüqar Nadirovun yeni klubunun adı müəyyənləşib.

Newsport.az-ın məlumatına görə, "Səbail"dən ayrılan futbolçu karyerasını ölkəmizdə davam etdirəcək. 

O, paytaxtın "Sabah" klubu ilə razılıq əldə edib. Təcrübəli hücumçu Premyer Liqanın debütant komandası ilə 1 illik sözləşmə imzalayacaq. 

Qeyd edək ki, Vüqar Nadirov karyerası ərzində "Qarabağ", "Xəzər Lənkəran", "Masallı", "Karvan", "Qəbələ" və "İnter" (İndiki "Keşlə") kimi komandalarda forma geyinib.  

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right