AFFA-dan "Qəbələ" və "Keşlə"yə cərimə

AFFA İntizam Komitəsinin iclası keçirilib.

 

Newsport.az xəbər verir ki, İK Azərbaycan kubokunun finalında qeydə alınan qayda pozuntularına hüquqi qiymət verib.

 

Azərbaycan kubokunun finalının “Keşlə” – “Qəbələ” oyununda “Keşlə”nin 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.

 

Oyunun 55-ci dəqiqəsində “Qəbələ”nin azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyinə görə klub 800 manat cərimə olunub.

 

Oyunun 90+3-cü dəqiqəsində “Qəbələ” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün klub 1600 manat cərimə olunub.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right