Cavid İmamverdiyev: "Nə zəng gəlib, nə də görüş keçirmişəm"

"Düşünürəm ki, çox yaxşı oynadıq və buna görə də qalib gəldik. Epizodlarımız çox oldu. Özüm də qol şansından istifadə edə bilmədim. Hesab böyük ola bilərdi. Bu da pis deyil, ilk qələbəmiz oldu. Millətlər Liqasına hazırlaşırıq. Bu qələbə çox yaxşı oldu. Qazaxıstan və Latviya ilə görüşlərə hazırlaşacağıq. Həmin oyunlardan da yaxşı nəticə ilə dönməyə çalışacağıq".

Bu sözləri milli komandamızın üzvü Cavid İmamverdiyev Newsport.az-a açıqlamasında deyib..  

O, yığmamızın heyətində Qırğızıstana qarşı keçirdiyi yoxlama görüşündən danışıb: "Zəif rəqib yoxdu, bütün komandalar futbol oynaya bilirlər. Bu, mənim şəxsi fikrimdir. Qırğızıstan zəif deyildi. Kağız üzərində biz favorit göstərilə bilərik. Amma meydanda belə deyil. Hər bir milli oynaya bilir".

Təcrübəli futbolçu adının "Qarabağ"la yanaşı hallanmasına münasibət bildirib: "Düzdür, adım "Qarabağ"la yanaşı hallanır. Mən də mətbuatdan oxuyuram. Amma mənə “Qarabağ”ın heç bir rəsmisi nə zəng etməyib, nə də görüş keçirməyib. Onu da vurğulayım ki, “Sumqayıt”la hələ bir illik müqaviləm qüvvədədir. Millinin düşərgəsindən ayrıldıqdan sonra bütün suallara aydınlıq gələcək".

Yarımmüdafiəçi müqavilə ilə məxsus olduğu "Sumqayıt" klubunda qalıb-qalmayacağını müəyyənləşdirmədiyini söyləyib: "Onu bilmirəm. Dünyanın işini bilmək olmur. Sabah nə olacağını heç kim deyə bilməz. Desəm ki, qalacam, təklif gələr və mən də ayrılacağım təqdirdə, deyəcəklər ki, bəs demişdin ayrılmayacam? Ona görə də heç nə demək istəmirəm. Milliyə köklənmişəm. İstəyirəm ki, Qurban Qurbanovun etimadını qazanım".

İmamverdiyev heç bir klubdan rəsmi təklif almadığını açıqlayıb: "Adım hallanır. Oxuyuram, məlumatlandırırlar. Deyirlər ki, “Neftçi”, “Qəbələ” və “Qarabağ”a gedirsən. Kaş təklif olaydı, amma belə söz-söhbətlər çox olmazdı".

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right