"Futbolçuda rəqibin gücündən asılı olaraq, motivasiya cəhətdən problemlər olur" Ruslan Abışov

Milli komandamız yoxlama görüşündə Qırğızıstana 3:0 hesabı ilə qalib gəlib.
 
Newsport.az xəbər verir ki, oyundan sonra millimizin futbolçusu Ruslan Abışov jurnalistlərə müsahibə verib. Təcrübəli müdafiəçi öncə oyun haqda danışıb:
 
- Milli komanda oyundan-oyuna güclənir?
- Oyundan-oyuna inkişaf hiss edilir. Baş məşqçi bizdən fərqli şeylər tələb edir. Biz də bunu meydanda verməyə çalışırıq. Qırğızıstana zəif rəqib deməzdim. Bəzi epizodlarda nəsə göstərmə çalışaraq futbol oynamağa çalışırdılar. Buna baxmayaraq, böyük hesabla qələbə qazandıq. Belə qələbələr milliyə lazımdır. Özünəinam üçün vacibdir. Latviya və Qazaxıstanla da yoxlama oyunlarımız var. Çox ciddi hazırlaşacağıq. Bu 3 oyun son şansımızdı. Qarşıda Millətlər Liqası var. Həmin oyunlarda səhvə yol verməməliyik.
 
- Makedoniyaya qarşı millimiz daha inamlı çıxış etmişdi...
- İstər-istəməz futbolçuda rəqibin gücündən asılı olaraq motivasiya cəhətdən belə problemlər olur. Amma Qırğızıstan kimi rəqiblərə qarşı daha ciddi hazırlaşamaq lazımdır. Hesabın belə olması arxayınçılıq yaratdı. Üstəlik, erkən qol vurdu.
 
- Hesabın böyük olması rəqiblə bağlı idi, yoxsa milli güclənib?
- Futbolçular baş məşqçinin tapşırıqlarını etməyə çalışırdılar. Məncə, bu, epizodlarda alınırdı. Ürfanın vurduğu qol yaxşı epizod idi. Düzdür, rəqib zəif idi. Amma əsas odur ki, öz səhvlərimizdən nəticə çıxaraq. Belə oyunlarda zəif və güclü tərəflərimizi bilməliyik.
 
- Yığmada müdafiənin mərkəzində Maksim Medvedevlə tandem təşkil edirsiz. Əsas üzv Bədavi Hüseynov zədəsini sağaldıb. Onun Millətlər Liqasında oynaması problem olmayacaq ki? Çünki Maksimlə bir-birinizə öyrəşmisiz...
- Əksinə mən sevinirəm ki, Hüseynov geri dönüb. Heç bir fərqi yoxdur. Bədavi, Maksim və mənim oynamağımdan asılı olmayaraq, əsas millinin uğur qazanmasıdır.
 
- “Neftçi” ilə müqavilə bitib. Nə qərar veriləcək?
- Bu dəqiqə millini fikirləşirik. Toplanışdan sonra hamı öz klubu ilə danışacaq. Xeyirlisi nədirsə, o da olsun.
 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right