Ramil Şeydayev: "Avstriyada oynamayacağam"

"Mən Avstiyada oynamayacağam. Ora gedə də, getməyə də bilərəm".

Newsport.az-ın məlumatına görə, bu sözləri Azərbaycan millisinin üzvü Ramil Şeydayev deyib. 

O, adının Avstriyanın "Mattersburq" klubu ilə birgə hallanmasına münasibət bildirib: "Hələlik heç bir qərar qəbul etməmişəm. Karyeramla bağlı hazırda fikir bildirə bilmərəm. İndi millinin düşərgəsindəyəm. Toplanışı psixoloji yüklənmə olmadan keçirmək, yığmada oynayaraq qol vumaq və qələbə qazanmaq istəyirəm". 

Qeyd edək ki, Ramil Şeydayev müqavilə ilə Tükiyənin "Trabzonspor" klubuna məxsusdur. 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right